XƏBƏRLƏR

19/12/19

ATƏT DTİHB-in EHTİYACLARIN QİYMƏTLƏNDİRİLMƏSİ MİSSİYASI MİLLİ MƏCLİSDƏ

Dekabrın 19-da Milli Məclisdə növbədənkənar parlament seçkiləri ilə əlaqədar ölkəmizə səfərə gəlmiş ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Ehtiyacların Qiymətləndirilməsi Missiyası (EQM) ilə görüşlər keçirildi.


ətraflı

18/12/19

DEPUTATLARIMIZ ÖZBƏKİSTANDA PARLAMENT SEÇKİLƏRİNİ MÜŞAHİDƏ EDƏCƏKLƏR

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eldar İbrahimov və qrupun üzvü, deputat Cavanşir Paşazadə Özbəkistanda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün dekabrın 19-da bu ölkənin paytaxtı Daşkənd şəhərinə səfər edəcəklər.


ətraflı

18/12/19

MİLLİ MƏCLİSDƏ TÜRKPA-nın KOMİSSİYA İCLASI KEÇİRİLDİ

Dekabrın 18-də Milli Məclisdə Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının növbəti iclası keçirildi. Komissiyanın iclasında Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyədən olan parlament nümayəndələri və ekspertlər iştirak edirdilər.


ətraflı

18/12/19

BAKIDA TÜRKPA-nın TƏDBİRLƏRİ

TÜRKPA-nın 9-cu plenar iclasında iştirak etmək üçün ölkəmizə səfərə gəlmiş qonaqlar dekabrın 18-də səhər Fəxri Xiyabanda Ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdilər, xatirəsini ehtiramla andılar. Sonra Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və digər ölkələrin parlament nümayəndə heyətləri Şəhidlər Xiyabanında Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini dərin ehtiramla yad etdilər.
Elə bu gün Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyası Şurasının 9-cu iclası oldu.Nahar fasiləsindən sonra TÜRKPA-nın 9-cu plenar iclası öz işinə başladı.Uğurla başa çatan TÜRKPA-nın 9-cu plenar iclası çərçivəsində tədbirlər yekunlaşdıqdan sonra jurnalistlər üçün mətbuat konfransı keçirildi.


ətraflı

18/12/19

TÜRKPA-NIN IX PLENAR İCLASINDA

Dekabrın 18-də Bakıda TÜRKPA-nın Şura iclasından sonra qurumun IX plenar iclası keçirildi.
İclası açan TÜRKPA-nın fəaliyyətdə olan Sədri, Milli Məclisin Sədri Oqtay Əsədov Assambleyanın üzvü olan Qazaxıstan Parlamenti Məclisinin Sədri cənab Nurlan Niqmatulini, Qırğızıstan Joqorku Keneşinin Sədri cənab Dastanbek Jumabekovu, Türkiyə Böyük Millət Məclisinin Sədri cənab Mustafa Şentopu və rəhbərlik etdikləri nümayəndə heyətlərini salamladı.

ətraflı

QANUN LAYİHƏLƏRİ

Azərbaycan Respublikasının "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" 2018-ci il 28 dekabr tarixli 1442-VQD nömrəli və "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" 2018-ci il 28 dekabr tarixli 1443-VQD nömrəli qanunlarının ləğv edilməsi barədə

I oxunuş


Müzakirədə iştirak edin
"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Sadələşdirilmiş Gömrük Dəhlizi haqqında" Anlaşma Memorandumunun təsdiq edilməsi barədə

I oxunuş


Müzakirədə iştirak edin
Ümumdünya Poçt Konvensiyasına və onun Yekun Protokoluna qoşulmaq haqqında

I oxunuş


Müzakirədə iştirak edin
Ümumdünya Poçt İttifaqının Nizamnaməsinə Doqquzuncu Əlavə Protokola qoşulmaq haqqında

I oxunuş


Müzakirədə iştirak edin
Ümumdünya Poçt İttifaqının Ümumi Reqlamentlərinə Birinci Əlavə Protokola qoşulmaq haqqında

I oxunuş


Müzakirədə iştirak edin
Poçt ödəniş xidmətləri haqqında Sazişə və onun Yekun Protokoluna qoşulmaq barədə

I oxunuş


Müzakirədə iştirak edin
"2 oktyabr 2009-cu il tarixində imzalanmış Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında vətəndaşların qarşılıqlı vizasız gediş-gəlişi haqqında Sazişə dəyişikliklər edilməsi barədə" Protokolun təsdiq edilməsi haqqında

I oxunuş


Müzakirədə iştirak edin
"Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

I oxunuş | II oxunuş


Müzakirədə iştirak edin
Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında

I oxunuş | II oxunuş


Müzakirədə iştirak edin
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında

I oxunuş | II oxunuş


Müzakirədə iştirak edin
xəbərlərin arxivi qanun layihələri arxivi bəyanatların arxivi
Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi