ƏBDÜLƏZİMOV Nağı Kərim oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 31 saylı Kəpəz seçki dairəsi

1936-ci il dekabrın 15-də Ermənistan Respublikası Basarkeçər rayonunun Zod kəndində anadan olmuşdur. Gəncə Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsini və Bakı Ali Partiya məktəbini bitirmişdir. Rus və erməni dillərini bilir. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. 2000-ci il noyabrın 5-də 31 saylı Kəpəz seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin İnsan hüquqları daimi komissiyasının üzvüdür. Evlidir, 4 övladı var

Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU