Ana səhifə  /  XƏBƏRLƏR
24

Vitse-spiker Adil Əliyev Ukrayna Ali Radasının vitse-spikeri ilə görüşüb

Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev mayın 1-də “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək məqsədi ilə ölkəmizdə səfərdə olan Ukrayna Ali Radası sədrinin müavini Olena Kondratyukun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

01 may 2024    17:42
30

Avstraliyalı deputatla görüşdə

Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və komitənin üzvü Asim Mollazadə mayın 1-də Avstraliya Parlamentinin deputatı Riçard Ceyms Vilson ilə görüşüblər.

01 may 2024    17:16
29

Moldovalı deputatlarla görüşdə

Mayın 1-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Moldova Respublikası Parlamentinin İqtisadiyyat, büdcə və maliyyə komitəsinin sədri Radu Marian ilə görüşüb.

01 may 2024    17:13
101

Milli Məclisin Aqrar siyasət komitəsində

Mayın 1-də Milli Məclisin Aqrar siyasət komitəsinin növbəti iclası keçirilib. Komitənin sədri Tahir Rzayev müzakirəyə 4 qanun layihəsinin təqdim edildiyini bildirib və məsələlər barədə məlumat verib.

01 may 2024    11:29
78

Milli Məclisdə görüş

Aprelin 30-da Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Saca Faruq Abdullahı qəbul edib.

30 aprel 2024    18:10
61

Milli Məclisdə görüş

Aprelin 29-da Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Avropa Parlamentinin Nəqliyyat və turizm komitəsinin üzvü Tomaş Piotr Porebanı qəbul edib.

29 aprel 2024    18:25
143

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqro Prezidenti Yakov Milatoviç ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqro Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Yakov Milatoviç ilə görüşüb.
Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Monteneqronun dövlət başçısına çatdıran Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə keçiriləcək COP29-da iştirak etmək üçün dəvət məktubunu təqdim edib.

27 aprel 2024    11:53
29

Deputatımız ATƏT PA-nın Büro iclasında iştirak edəcək

Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit komitəsinin sədri Azay Quliyev qurumun Büro iclasında iştirak etmək üçün aprelin 27-də Danimarka Krallığının paytaxtı Kopenhagen şəhərinə səfər edəcək.

26 aprel 2024    15:55
166

Əmək və sosial siyasət komitəsinin iclasında

Aprelin 26-da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti iclası keçirilib. Komitənin sədri Musa Quliyev gündəliyə 3 məsələnin daxil edildiyini, hər üç məsələdə təklif olunan dəyişikliklərin uyğunlaşdırma xarakteri daşıdığını söyləyib.

26 aprel 2024    12:14
128

Avropa Parlamentinin 2024-cü il 25 aprel tarixli qətnaməsinə Azərbaycan Respublikası Milli Məclisinin münasibəti

Azərbaycan Respublikasının Milli Məclisi 2024-cü il aprelin 25-də Avropa Parlamentinin Azərbaycanda vətəndaş cəmiyyəti və insan hüquqları məsələsinə dair obyektivlikdən uzaq qətnamə qəbul etməsini ölkəmizə qarşı qərəzli siyasi aksiya kimi qiymətləndirir, yalan və saxta məlumatlar üzərində qurulmuş əsassız ittihamları qətiyyətlə rədd edir. Bu beynəlxalq təşkilatın Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 illik işğalına son qoyulması ilə nəticələnmiş İkinci Qarabağ müharibəsindən sonra Azərbaycana qarşı düşmənçilik və qarayaxma kampaniyası aparan qüvvələrin əlində alətə çevrilməsi təəssüf doğurur. Təsadüfi deyil ki, 2021-ci ildən bəri Avropa Parlamenti müxtəlif bəhanələr altında Azərbaycana qarşı 8 qətnamə qəbul etmişdir.

25 aprel 2024    18:00

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.